Azərbaycanda idmançıları daşıyan avtobus "Kamaz"la toqquşdu - YARALILAR VAR

Azərbaycanda idmançıları daşıyan avtobus "Kamaz"la toqquşdu - YARALILAR VAR
Muğanlı-İsmayıllı yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Unikal"ın bölgə müxbiri xəbər verir ki, hadisə bu gün saat 13:30 radələrində Muğanlı-İsmayıllı yolunun Ağsunun Sanqalan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. İdmançıları daşıyan sərnişin avtobusu "Kamaz"la toqquşub. Hadisə zamanı 3 nəfər xəsarət alıb. Yaralılar Şamaxı və İsmayıllı rayon mərkəzi xəstəxanalarına aparılıb. Onların futbolçu olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır. 
Gundelik-Baku.Org