Şamaxıda avtomobil dərəyə aşıb, qadın ölüb

Şamaxıda avtomobil dərəyə aşıb, qadın ölüb
Şamaxıda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Bakı-Şamaxı-Yevlax yolunun Şamaxı rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, 1990-cı il təvəllüdlü Emil Əkbərlinin idarə etdiyi "Chevrolet Cruze" markalı avtomobil Bakı şəhəri istiqamətində hərəkətdə olarkən yoldan çıxaraq dərəyə aşıb. Nəticədə avtomobildə olan sərnişin, 2000-ci il təvəllüdlü Suğra Əkbərli aldığı xəsarətlərdən xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.
Gundelik-Baku.Org