İsmayıllıda qəza - Bir ailənin 3 üzvü xəsarət aldı

İsmayıllıda qəza - Bir ailənin 3 üzvü xəsarət aldı
İsmayıllı rayonunda yol-nəqliyyat hadisəsi olub.
Hadisə bu gün Muğanlı-İsmayıllı yolunun Tircan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Qəribov Nadir Ədalət oğlu 90-DL-050 dövlət nömrə nişanlı "Kia" markalı minik avtomobili ilə hərəkətdə olarkən yolun buz bağlaması səbəbindən idarəetməni itirib, maşın sürüşərək çökək əraziyə aşıb. Hadisə zamanı sürücü Nadir Qəribov, onun anası, 1959-cu il təvəllüdlü Qəribova Rayə Niyazi qızı, atası, 1954-cü il təvəllüdlü Qəribov Ədalət Əyyub oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.
Gundelik-Baku.Org