Zaqatalada velosipedçini maşın vurub öldürdü

Zaqatalada velosipedçini maşın vurub öldürdü
Zaqatalada velosipedçini avtomobil vuraraq öldürüb.
Hadisə bu gün səhər saatlarında Zaqatala-Muğanlı avtomobil yolunun Aşağı Tala kəndi ərazisindən keçən hissəsində baş verib.
Elvin Ömərovun idarə etdiyi “VAZ 2106” markalı, 10 RA 993 dövlət nömrə nişanlı minik avtomobili velosipedlə hərəkət edən Muğanlı kənd sakinini vurub.
Velosipedçi hadisə yerində ölüb. 
Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır. 
Gundelik-Baku.Org