Bakı-Quba yolunda mikroavtobusla TIR toqquşdu - 6 nəfər öldü

Bakı-Quba yolunda mikroavtobusla TIR toqquşdu - 6 nəfər öldü
Bakı-Quba yolunda mikroavtobusla TIR toqquşub, ölənlər və yaralılar var.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, hadisə Bakı-Quba yolunun 98-ci km-də, Siyəzən rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "Mersedes Vita" markalı mikroavtobusla TIR toqquşub.
Mikroavtobusun sürücüsü də daxil olmaqla 6 nəfər həlak olub, TIR sürücüsü isə xəsarət alıb.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib, xilasetmə tədbirləri görülür.
  • Bakı-Quba yolunda mikroavtobusla TIR toqquşdu - 6 nəfər öldü (FOTO)

Gundelik-Baku.Org