Hikmət Hacıyev qadınları belə təbrik etdi - FOTO

Hikmət Hacıyev qadınları belə təbrik etdi - FOTO
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X”dəki hesabında 8 Mart Qadınlar Bayramı münasibətilə Azərbaycan qadınlarını təbrik edib.
paylaşımda qeyd edilir:
"Minalanmış ərazilərdə öz həyatlarını riskə ataraq, torpaqlarımızı Ermənistanın basdırdığı "ölüm toxumlarından" qarış - qarış təmizləyərək digər insanların həyatını xilas edən, humanitar minalardan təmizləmə ilə məşğul olan azərbaycanlı qadınlar qarşısında, bütün qadınları Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edirəm. Bir həyatı xilas etmək dünyanı xilas etməkdir!".
 



Gundelik-Baku.Org