DANX-nin avtomobili traktorla toqquşdu - Xəsarət alan var

DANX-nin avtomobili traktorla toqquşdu - Xəsarət alan var
Göyçay rayonunda yol-nəqliyyat hadisəsi olub.
Hadisə bu gün Bakı-Şamaxı-Yevlax yolunun Göyçayın Qaraməryəm kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə məxsus 99-PE-497 dövlət nömrə nişanlı "Xəzər" markalı minik avtomobili qarşı tərəfdə və eyni istiqamətdə hərəkətdə olan traktora arxadan çırpılıb. Hadisə zamanı xidməti minik avtomobilinin sürücüsü, Göyçay rayonu Dövranlı kənd sakini, 1968-ci il təvəllüdlü Əliyev Ehtiram Məhərrəm oğlu xəsarət alıb. Yaralı Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb. 
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.
  • DANX-nin avtomobili traktorla toqquşdu - Xəsarət alan var (FOTO)

Gundelik-Baku.Org