İsmayıllıda 4 nəfər yol qəzasında xəsarət alıb

İsmayıllıda 4 nəfər yol qəzasında xəsarət alıb
İsmayıllı rayonunda dörd nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, hadisə rayonun Balik kəndi ərazisində qeydə alınıb.
"VAZ-21099" və "Mercedes" markalı avtomobillərin toqquşması nəticəsində "VAZ" -ın sürücüsü Akif Ağamirov və üç sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Faktla bağlı araşdırma aparılır.
Gundelik-Baku.Org