Sabirabadda mikroavtobusla yük maşını TOQQUŞDU - FOTO

Sabirabadda mikroavtobusla yük maşını TOQQUŞDU - FOTO
Bu gün  səhər saat 08:00 radələrində Hacıqabul-Horadiz avtomobil yolunun Sabirabad rayonu ərazisindən keçən 41-ci km-də xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Mercedes” markalı, 77-GA-219 dövlət qeydiyyat nişanlı mikroavtobusun sürücüsü hərəkətdə olarkən yol çiynindən yolun hərəkət hissəsinə çıxmaq istəyən “Atego” markalı, 99-JL-056 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə toqquşub.
Qəza zamanı mikroavtobusda olan 1 nəfər sərnişin ağır xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
 
  • Sabirabadda mikroavtobusla yük maşını TOQQUŞDU - FOTO
Gundelik-Baku.Org