Gəncədə avtobus aşdı

Gəncədə avtobus aşdı
Gəncədə sərnişin avtobusu aşıb.
"Unikal"ın bölgə müxbiri xəbər verir ki,  hadisə şəhərinin şərq çıxışında qeydə alınıb. Hərəkətdə olan 23 saylı xətt üzrə işləyən sərnişin avtobusu yoldan çıxaraq dərəyə aşıb. Qəza zamanı xəsarət alanların olduğu bildirilir. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib ki, Gəncə şəhər baş  polis idarəsinə  şəhər ərazisində şəhər daxili sərnişin daşıma ilə məşğul olan avtobuslarından birinin aşması ilə bağlı məlumat daxil olub. Dərhal polis  əməkdaşları hadisə yerinə gələrək  avtobusda olan sərnişinlərin çıxarılmasında və digər zəruri  araşdırmalar aparılmasında iştirak ediblər. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Faktıa bağlı araşdırma aparılır.
  • Gəncədə avtobus aşdı - FOTO

Gundelik-Baku.Org