Kürdəmirdə iki avtomobil toqquşdu: Bir ailənin üç üzvü xəsarət aldı

Kürdəmirdə iki avtomobil toqquşdu: Bir ailənin üç üzvü xəsarət aldı
Kürdəmirdə baş verən yol-nəqliyyat hadisəsində bir ailənin 3 üzvü xəsarət alıb.
“Report” xəbər verir ki, hadisə Kürdəmir-Zərdab yolunun rayonun Sovla kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “Hyundai Elantra” və “Hyundai Santafe” markalı avtomobillərin toqquşması nəticəsində “Hyundai Elantra”da olan bir ailənin üzvləri - Ağcabədi rayon sakinləri; sürücü, 1989-cu il təvəllüdlü Əliyeva Günel Əbülfəz qızı və övladları - 2008-ci il təvəllüdlü Alıyeva Asina və 2004-cü il təvəllüdlü Alıyeva Məryəm Qulu qızları müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılar təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.
Gundelik-Baku.Org