İsmayıllıda mikroavtobus qəzaya düşdü - Xəsarət alanlar var

İsmayıllıda mikroavtobus qəzaya düşdü - Xəsarət alanlar var
İsmayıllı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bu gün saat 13:00 radələrində Şəki rayon sakini 1986-cı il təvəllüdlü Yusibov Eltun Yaşar oğlunun idarə etdiyi "Mercedes Vita" markalı sərnişin mikroavtobusu Şəki-Bakı marşurutu üzrə hərəkət edərkən sürücü idarəetməni itirib, avtomobil yoldan çıxaraq ağaca çırpılıb.
Hadisə zamanı sürücü Eltun Yusibov və sərnişinləri, 1974-cü il təvəllüdlü Manafov Sərdar Müzəffər oğlu, 1962-ci il təvəllüdlü Rəsulova Nurlanə İzzət oğlu, 1980-ci il təvəllüdlü Nağıyeva  Xəyalə Bəkir qızı, 1988-ci il təvəllüdlü Rəsulova Çinarə Rafiq qızı, 1985-ci il təvəllüdlü Mustafayev Sadəddin Hüseynəli oğlu, 1962-ci il təvəllüdlü Əmrahov Əmrah Şakir oğlu, 1965-ci il təvəllüdlü Aslanov Eldar Salam oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılıb. Faktla bağlı araşdırma aparılır.
Gundelik-Baku.Org