Ucarda mikroavtobus TIR-la toqquşdu - Ölən və yaralılar var (YENİLƏNİB)

Ucarda mikroavtobus TIR-la toqquşdu - Ölən və yaralılar var (YENİLƏNİB)
Bu gün saat 07:45 radələrində Bakı-Qazax yolunun 231-ci km-də ölümlə nəticələnən yol qəzası baş verib.
Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, "Mercedes" markalı 77-JC-239 dövlət nömrə nişanlı yük avtomobili Bakı istiqmətində hərəkətdə olarkən qarşısında hərəkətdə olan "Mercedes Sprinter" markalı 90-LE-831 dövlət nömrə nişanlı mikroavtobusla toqquşub.
Hadisə nəticəsində mikroavtobusda olan sərnişinlərdən 1 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
***(09:40)
Ucarda mikroavtobus TIR-la toqquşub, ölən və yaralananlar var.
Hadisə bu gün Bakı-Qazax əsas magistral yolunun Ucar rayonunun Cini kəndindən keçən hissəsində qeydə alınıb.
Şəmkir rayon sakini 1959-cı il təvəllüdlü Şəmistan Aqil oğlu İsayevin idarə etdiyi "Mersedes sprinter" markalı mikroavtobusla Abşeron rayon sakini, 1957-ci il təvəllüdlü Asif Balağa oğlu Hüseynovun idarə etdiyi TIR toqquşub.
Nəticədə 1 nəfər hadisə yerində ölüb. 3 nəfər - 1984-ci il təvəllüdlü Allahverdi Fizuli oğlu Haqverdiyev, 1972-ci il təvəllüdlü Şirin Pirverdi oğlu Ələkbərov və hələlik şəxsiyyəti məlum olmayan daha bir nəfər müxtəlif xəsarətlərlə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
  • Ucarda mikroavtobus TIR-la toqquşdu - Ölən və yaralılar var (YENİLƏNİB)
  • Ucarda mikroavtobus TIR-la toqquşdu - Ölən və yaralılar var (YENİLƏNİB)
Gundelik-Baku.Org