Muğanlı-İsmayıllı yolunda nəqliyyatın hərəkəti dayanıb

Muğanlı-İsmayıllı yolunda nəqliyyatın hərəkəti dayanıb
Ötən iki gün ərzində yağan qar səbəbindən Bakı-Şamaxı-Muğanlı-İsmayıllı-Qəbələ və Bakı-Şamaxı-Yevlax yolunda nəqliyyatın hərəkəti çətinləşib, bir çox yerlərdə avtomobillərin hərəkəti tamamilə dayanıb.
"Unikal"ın məlumatına görə Baş Dövlət Yol Polisi İdarəsinin İsmayıllı rayonundakı postunda çalışan YPX əməkdaşları yolların buz bağlaması səbəbindən və təhlükəsizlik məqsədilə yolda nəqliyyat vasitələrinin hərəkətini məhdudlaşdırıb, sərnişin mikroavtobuslarının, yük avtomobillərin və qış fəsli üçün nəzərdə tutulan şinləri olmayan nəqliyyat vasitələrinin İsmayıllı-Muğanlı-Şamaxı yolu ilə Bakı istiqamətinə hərəkətinə icazə vermir, sürücülərə alternetiv olaraq İsmayıllı-Qaraməryəm-Ağsu-Göyçay-Kürdəmir-Bakı yolundan istifadə etməyi tövsiyyə edirlər. Hazırda qar yağdığı üçün və şaxta olduğuna görə yolların təmizlənməsi işləri ləngiyir. Qobustan, Şamaxı, Qəbələ və Ağsu ərazisindən keçən magistral yollar qarla örtülüb, nəqliyyatın hərəkəti çətinləşib. Ağsu aşırımında, İsmayıllı-Lahıc-Dəmirçi-Pirqulu-Şamaxı yolunda qar və buz səbəbindən nəqliyyatın hərəkəti dayanıb. Bu yollara 10-15 santimetr qar yağdığı bildirilir. 
  • Muğanlı-İsmayıllı yolunda nəqliyyatın hərəkəti dayanıb - FOTOLAR
  • Muğanlı-İsmayıllı yolunda nəqliyyatın hərəkəti dayanıb - FOTOLAR

Gundelik-Baku.Org