Tovuzda mikroavtobusla “Kamaz” toqquşdu - Yaralılar var

Tovuzda mikroavtobusla “Kamaz” toqquşdu - Yaralılar var
Tovuzda yol qəzası olub.
Hadisə  Bakı-Qazax magistral yolunun Tovuz rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan "Mercedes Vito" markalı mikroavtobusla "Kamaz" markalı yük maşını toqquşub.
Qəza zamanı miroavtobusda olanlar 2005-ci il təvəllüdlü Nuray Namazova, 1986-cı il təvəllüdlü L. Şəmilova, 1977-ci il təvəllüdlü R. Namazov, 1985-ci il təvəllüdlü L. Namazova, 2002-ci il təvəllüdlü N. Namazova  və daha 2 nəfər xəsarət alaraq xəstəxanaya yerlışdirilib.
Yaralıların vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Gundelik-Baku.Org