Salyanda minik maşını "Kamaz"la toqquşdu - Ölən və yaralanan var

Salyanda minik maşını "Kamaz"la toqquşdu - Ölən və yaralanan var
Fevralın 20-si saat 00:30 radələrində Ələt-Astara-İran sərhəddi avtomobil yolunun Salyan rayonu ərazisindən keçən hissəsində iki nəqliyyat vasitəsi toqquşub.
Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, 1986-cı il təvəllüdlü Qoşqar Teymurzadənin idarə etdiyi “Toyota Corolla” markalı avtomobillə Astara istiqmətində hərəktdə olarkən eyni istiqmətdə hərəkətdə olan 1976-cı il təvəllüdlü Zaur Ağayevin idarə etdiyi “Kamaz” markalı avtomobilin arxa hissəsi ilə toqquşub.
Nəticədə minik avtomobilində olan sərnişin 1954-cü il təvəllüdlü Faiq Ağa aldığı xəsarətlərdən hadisə yerində ölüb, digər sərnişin 1994-cü il təvəllüdlü Ülkər Məmmədova isə xəsarət alaraq Salyan Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.
Gundelik-Baku.Org