Goranboyda avtomobil aşıb, ana ölüb, oğlu xəsarət alıb - YENİLƏNİB

Goranboyda avtomobil aşıb, ana ölüb, oğlu xəsarət alıb - YENİLƏNİB
Goranboyda baş verən qəzada ana ölüb, oğlu xəsarət alıb.
APA xəbər verir ki, rayon sakini 1990-cı il təvəllüdlü İlkin Səfər idarə etdiyi "Mercedes" markalı avtomobili aşırıb.
Nəticədə sürücü xəsarət alıb, anası 1962-ci il təvəllüdlü Səyarə Rəhimova hadisə yerində ölüb
***09:39
Goranboyda ölümlə nəticələnən ağır yol qəzası baş verib.
APA xəbər verir ki, hadisə rayonun İrəvanlı kəndində qeydə alınıb.
Hərəkətdə olan "Mercedes" markalı minik maşınının sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb.
Qəza zamanı bir nəfərin öldüyü bildirilir.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Gundelik-Baku.Org