AXCP üzvü Kəlbəcərdə faciəli şəkildə öldü

AXCP üzvü Kəlbəcərdə faciəli şəkildə öldü
Kəlbəcər rayonunda traktor aşıb, ölən var.
Hadisə nəticəsində 1972-ci il təvəllüdlü Fariz Tağıyev idarə etdiyi frontal yükləyici "ZL 50" markalı traktor tipli nəqliyyat vasitəsilə hərəkətdə olarkən idarəetməni itirib. Daha sonra nəqliyyat vasitəsi aşıb. Nəticədə F.Tağıyev almış olduğu xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Kəlbəcər rayon Polis Şöbəsində araşdırmalar aparılır.
Qeyd edək ki, F.Tağıyev Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Abşeron Rayon Şöbəsinin üzvü olub.
Gundelik-Baku.Org