İmişlidə maşın aşıb: Ölənlər var

İmişlidə maşın aşıb: Ölənlər var
İmişlidə ölümlə nəticələnən avtomobil qəzası baş verib.
APA-nın məlumatına görə, hadisə İmişli-Kürdəmir yolunda qeydə alınıb.
İmişli sakini, 1986-cı il təvəllüdlü Bayramov Xanlar Xasməmməd oğlunun idarə etdiyi VAZ-21015 markalı avtomobil yoldan çıxaraq aşıb.
Nəticədə sürücü hadisə yerində, qohumu olan sərnişini 1974-cü il təvəllüdlü Bayramov Fariz Gülməmməd oğlu xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.
Gundelik-Baku.Org