Qobustanda "Audi" AŞDI

Qobustanda "Audi" AŞDI
Bakı-Qazax magistralının Qobustan rayonundan keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib. 
Hadisə bu gün saat 15:30 radələrində qeydə alınıb. Belə ki, ötmə əməliyyatını doğru yerinə yetirə bilməyən "Audi Q7" ağır qəzaya səbəb olub. 
Nəticədə avtomobil beton maneələrə çırpılaraq aşıb. 
Əraziyə DYP əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır. 
Gundelik-Baku.Org