Ağdaşda iki avtomobil toqquşub, ölən var

Ağdaşda iki avtomobil toqquşub, ölən var
Ağdaşda iki avtomobil toqquşub.
APA xəbər verir ki, hadisə rayonun Bulaqotağı kəndində qeydə alınıb.
1987-ci il təvəllüdlü Xəyal Qocayev sürücülük hüququ olmadan idarə etdiyi VAZ-2103 markalı avtomobillə yolun sağında dayanan QAZ-33021 markalı maşınla toqquşub.
Nəticədə VAZ-2103 markalı avtomobildə sərnişin qismində olan Fariz Qarayev hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.
Gundelik-Baku.Org