Şamaxıda 42 yaşlı kişi dəm qazından zəhərləndi

Şamaxıda 42 yaşlı kişi dəm qazından zəhərləndi
Şamaxı rayonunda zəhərlənmə hadisəsi baş verib.
Rayonun Göylər kənd sakini, 1981-ci il təvəllüdlü Nuriyev Balahəsən Abdulsəddin oğlu bu gün kustar üsulla quraşdırılan odun sobasından evə daxil olan dəm qazından zəhərlənib. O huşsuz vəziyyətdə Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Hazırda onun müalicəsi üçün tədbirlər görülür. Faktla bağlı araşdırma aparılır.
Gundelik-Baku.Org