Sahil qəsəbəsində avtomobil aşıb: Ölən və yaralanan var

Sahil qəsəbəsində avtomobil aşıb: Ölən və yaralanan var
Qaradağ rayonunda avtomobil aşıb.
APA xəbər verir ki, Sahil qəsəbəsi ərazisində 2000-ci il təvəllüdlü Orxan Həsənov idarə etdiyi “Mercedes-Benz” markalı avtomobili dəmir çəpərə vuraraq aşırıb.
Nəticədə Orxan Həsənov və sərnişini, 1988-ci il təvəllüdlü Fəxrəddin İbrahimov xəsarət alıblar. Onlar xəstəxanaya yerləşdiriliblər.
Sürücü həkimlərin səyinə baxmayaraq ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.
Gundelik-Baku.Org