Lerikdə 9 gün əvvəl qəzaya düşən şəxs öldü

Lerikdə 9 gün əvvəl qəzaya düşən şəxs öldü
Bir neçə gün əvvəl Lerikdə baş verən avtomobil qəzasında ağır xəsarət alan şəxs ölüb.
APA-nın xəbərinə görə, rayon sakini, 1989-cu il təvəllüdlü Eyvaz Elşən oğlu Quliyev bu gün xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, qəza noyabrın 13-də Lənkəran-Lerik yolunun 30 km-də, Lerik rayonunun Hamarmeşə kəndində qeydə alınıb.
Lerik rayon sakini, 1989-cu il təvəllüdlü Eyvaz Elşən oğlu Quliyev VAZ-2121 markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək, yol kənarındakı elektrik dirəyinə çırpılıb və təqribən 20 metr hündürlükdən dərəyə aşıb.
Xəsarət alan sürücü ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, reanimasiya şöbəsinə yerləşdirilmişdi.




Gundelik-Baku.Org