Göyçayda azyaşlını maşın vurub öldürdü

Göyçayda azyaşlını maşın vurub öldürdü
Göyçayda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Elçin Hüseynov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə Göyçay şəhəri ərazisində  hərəkətdə olarkən yolu keçən piyada, 2014-cü il təvəllüdlü N.Qurbanzadəni vurub. Xəstəxanaya yerləşdirilən azyaşlı orada ölüb. 
Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.
Gundelik-Baku.Org