Tovuzda AĞIR QƏZA - Sərnişin öldü

Tovuzda AĞIR QƏZA - Sərnişin öldü
Tovuzda ölümlə nəticələn ağır yol nəqliyyat hadisəsi baş verib.
"VAZ-2107" markalı avtomobilin idarəetmədən çıxaraq yol kənarındakı işıq dirəyinə çırpılması nəticəsində sərnişin, 2002-ci il təvəllüdlü Vüsal Rzayev aldığı ağır xəsarətlərdən dünyasını dəyişib. Hadisə zamanı sürücü, 1999-cu il təvəllüdlü Kənan İsmayılov isə müxtəlif xəsarətlər alıb.
Faktla bağlı araşdırma aparılır.
Gundelik-Baku.Org