Şəkidə qatar yük maşını ilə toqquşdu

Şəkidə qatar yük maşını ilə toqquşdu
Şəkidə qatar yük maşınını vurub.
Hadisə səhər saatıarında Yevlax-Balakən dəmir yol xəttinin Şəki rayonu Cəyirli kəndi ərazisindən keçən hissəsində baş verib. Hərəkətdə olan qatar Şəki rayonu Qaraqoyunlu kənd sakini, 1965-ci il təvəllüdlü Zəkəriyyə Məhərrəm oğlu Məmmədovun idarə etdiyi “Qazel” markalı xırdatutumlu yük maşınını vurub.
Qəza zamanı sürücü Z. Məmmədovun yüngül xəsarət aldığı bildirilir. 
Faktla bağlı araşdırma aparılır.
Gundelik-Baku.Org