Bakı-Ələt yolunda maşın aşıb, ölən var

Bakı-Ələt yolunda maşın aşıb, ölən var
Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.
DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, bu gün saat 15:00 radələrində Bakı-Qazax-Gürcüstan sərhəddi avtomobil yolunun Qaradağ rayonu Sahil qəsəbəsi ərazisindən keçən hissəsində Neftçala rayonu, Xolqarabucaq kəndində qeydiyyatda olan 1987-ci il təvəllüdlü Qurbanov Hüseyn Əsədulla oğlu idarə etdiyi “Mercedes 190” markalı, 99-KO-139 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə Qazax rayonu istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək avtomobili yolun sağ kənarına aşırıb.
Qəza nəticəsində sürücü Hüseyn Qurbanov aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Gundelik-Baku.Org