Ana və yeddi yaşlı qızını maşın vurub

Ana və yeddi yaşlı qızını maşın vurub
Şəkidə ana və övladını avtomobil vurub.
APA-nın məlumatına görə, hadisə bu gün səhər saatlarında Şəki şəhəri M.F.Axundov prospektində baş verib.
Rayon sakini Tural Məmmədov idarə etdiyi VAZ-2107 markalı minik avtomobili ilə şəhər sakinləri - 1988-ci il təvəllüdlü Nahidə Rəsul qızı Rəhimova və onun 7 yaşlı övladı Yağmur Vüsal qızı Rəhimzadəni vurub.
Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan N.Rəhimova və qızı Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər, vəziyyətləri orta-ağır qiymətləndirilir.
Hadisə baş verən zaman N.Rəhimova övladını məktəbə aparırmış.
Faktla bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.
Gundelik-Baku.Org