Qaxda qəza - 4 nəfər yaralandı

Qaxda qəza - 4 nəfər yaralandı
Qaxda iki avtomobil toqquşub, 4 nəfər yaralanıb. 
Hadisə bu gün Şəki-Qax avtomobil yolunun rayonun Əmbəcay kəndi ərazisindən kecən hissəsində baş verib.
Belə ki, "Mercedes-Benz" markalı minik avtomobili ilə "VAZ-2107" markalı minik avtomobillərinin toqquşması məticəsində Qax rayon Lələpaşa kənd sakinləri 1965-ci il təvəllüdlü Əzizxanova Məlahət Ziyəddin qızı, 1989-cu il təvəllüdlü Əzizxanov Elşən Sərvər oğlu, 2015-ci il təvəllüdlü Əzizxanlı Sərvər Elşən oğlu və  rayonun Zəyəm kənd sakini 1990-cı il təvəllüdlü Cumalıyeva Nübar Saleh qızı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Qax rayon Mərkəzi xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Gundelik-Baku.Org