Şəkidə qadını avtomobil vuraraq ÖLDÜRDÜ

Şəkidə qadını avtomobil vuraraq ÖLDÜRDÜ
Şəki şəhərinin Salman Mümtaz küçəsində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Report xəbər verir ki, hərəkətdə olan "Mitsubishi" markalı avtomobil yolu keçmək istəyən və hələki şəxsiyyəti məlum olmayan orta yaşlı qadını vurub.
Ağır bədən xəsarətləri alan qadın hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Gundelik-Baku.Org