Şəkidə dəfn mərasiminə gedən şəxs maşını AŞIRTDI: Yaralılar var

Şəkidə dəfn mərasiminə gedən şəxs maşını AŞIRTDI: Yaralılar var
Şəki rayonunda “Mercedes-Benz” markalı minik avtomobili aşıb.
Hadisə rayonunun Qayabaşı kəndi ərazisində baş verib.
Mingəçevir şəhər sakini Sərxan Quluzadənin idarə etdiyi “Mercedes-Benz” markalı minik avtomobil idarəetmədən çıxaraq aşıb. 
İlkin məlumata görə, qəza zamanı avtomobildə olan Vüqar Məmmədəliyev, Qalib Muradov, Qəhrəman Qurbanlı və İlqar Hüseynov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar xəstəxanaya yerləşdiriliblər. 
Hadisənin dənf mərasiminə gedən zaman baş verdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır. 
Gundelik-Baku.Org