Şəkidəki yol qəzasında xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB

Şəkidəki yol qəzasında xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB
Şəkidə baş verən ağır yol qəzasında xəsarət alan şəxslərin kimliyi məlum olub.
Bunlar rayonun Çayqaraqoyunlu kənd sakinləri - sürücü Elçin Məmmədov, avtomobildə olan sərnişinlər - Rəqsanə İbrahim qızı Quliyeva, Günay Şəfaqət qızı Həşimova, Gülay Cəmil qızı Həşimova, Cəlil Cəmil oğlu Əhmədov və Elif Mikayıl qızı Həşimovadır. Hazırda onların müayinəsi Şəki RMX-da davam etdirilir.
21:29
Şəkidə baş verən ağır qəzanın bəzi təfərrüatları məlum olub.
Şəki rayon Çayqaraqoyunlu kənd sakini, Elçin Məmmədov idarə  etdiyi VAZ-21011" markalı avtomobillə hərəkətdə olarkən ilk öncə  qarşısına çıxan inəyi vurub  daha sonra isə sürücü  avtomobili yol kənarına aşırıb. Qəza zamanı sürücü xəsarət alsa da atomobildə olan 2 azyaşlı  hadisə yerində ölüb.
xxx
20:40
Şəkidə ağır yol qəzası baş verib, ölənlər və yaralananlar var.
Hadisə bu gün axşam saatlarında Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun rayonun Cəfərabad kəndi ərazisindən keçən hissəsində baş verib.
İlkin məlumata görə, qəza zamanı 2 nəfər ölüb, bir neçə nəfər xəsarət alıb.
Hazırda əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Gundelik-Baku.Org