Sərnişin maşından oğurluq etdi

Sərnişin maşından oğurluq etdi
Bakıda taksi avtomobili qarət olunub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, paytaxtın Xəzər rayonunda sərnişin “Renault” markalı avtomobildən içərisində 1500 manat və sənəd olan cüzdan oğurlayıb.
Xəzər rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluqda şübhəli bilinən Yevlax rayon sakini Nicat Əhmədov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
Gundelik-Baku.Org