Mağazada qadın satıcının cüzdanını oğurladı

Mağazada qadın satıcının cüzdanını oğurladı
Bakıda mağazada qadın satıcının cüzdanını oğurlayıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Qaradağ Rayon Polis İdarəsinin (RPİ) 10-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Lökbatan qəsəbəsi ərazisində bir mağazadan 583 manat pul, digər mağazadan isə satıcının içərisində 1124 manatı olan cüzdanını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Səbinə Ağayeva müəyyən olunaraq saxlanılıb.
Xətai RPİ 34-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində isə rayon ərazisindəki marketlərin birində Bakı şəhər sakini olan bir qadının içərisində 1300 manat olan cüzdanını oğurlamaqda şübhəli bilinən paytaxt sakini Məzahir Cəfərov müəyyən olunaraq saxlanılıb.
Hər iki faktla bağlı araşdırma aparılır.
Gundelik-Baku.Org