Bakıda salondan pul oğurlayan qadın saxlanılıb

Bakıda salondan pul oğurlayan qadın saxlanılıb
Nərimanov RPİ-nin 16-cı Polis Bölməsinə rayon ərazisindəki gözəllik salonlarının birində Bakı şəhər sakini olan qadının içərisində 1000 manat və 700 ABŞ dolları olan cüzdanının oğurlanması barədə müraciət daxil olub.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini G.İbrahimova müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
Gundelik-Baku.Org