Yasamalda maşın soyuldu

Yasamalda maşın soyuldu
Yasamalda avtomobildən oğurluq edilib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Yasamal RPİ 28-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.Abbasov küçəsində “Opel” markalı bir avtomobildən 50 manat pul, mobil telefon, 2 ədəd eynək və çantanı soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elxan Rzayev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
Gundelik-Baku.Org