Bakıda qadının 6 800 manatı oğurlandı

Bakıda qadının 6 800 manatı oğurlandı
Nizami rayonu ərazisindəki mağazaların birində Bakı şəhər sakini olan bir qadının içərisində 6800 manatı, sənəd və ev açarları olan çantasının oğurlanması barədə polisə məlumat daxil olub.  
Nizami RPİ 25-ci Polis Şöbəsi  əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Emin Əliyev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
Gundelik-Baku.Org