Bakıda sexdən 4 min manat oğurlandı

Bakıda sexdən 4 min manat oğurlandı
Bakıda sexdən oğurluq olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, yanvarın 5-nə keçən gecə Xəzər rayonunun Mərdəkan qəsəbəsi ərazisində yerləşən sexlərin birindən 4000 manat pulun qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.
Xəzər RPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Salam Hüseynli müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Gundelik-Baku.Org