Gəncədə maşından 81 telefon oğurlandı

Gəncədə maşından 81 telefon oğurlandı
Gəncədə avtomobildən oğurluq edən şəxs tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində “Chevrolet” markalı bir avtomobildən 15000 manat dəyərində 81 ədəd mobil telefonu oğurlamaqda şübhəli bilinən Gəncə sakini O.Hüseynov saxlanılıb, 3 nəfərin isə şəxsiyyəti müəyyən olunub.
Əməliyyat-axtarış tədbirləri aparılır.
Gundelik-Baku.Org