Bakıda cüzdan oğruları tutuldu

Bakıda cüzdan oğruları tutuldu
Binəqədi rayonunun Mehdiabad qəsəbəsində bir nəfərin içərisində 1070 manatı və sənədləri olan cüzdanının, Binəqədi qəsəbəsində isə digər şəxsin içərisində 1000 manatı, sənəd və bank kartı olan cüzdanının qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumatlar daxil olub.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Rüfət Əliyev və Abşeron rayon sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Rəşid Ağayev müəyyən olunaraq saxlanılıblar. 
Araşdırma aparılır.
Gundelik-Baku.Org