Bakıda bazarda silsilə OĞURLUQLAR

Bakıda bazarda silsilə OĞURLUQLAR
Bakıda bazarda oğurluq hadisəsi olub.
Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, Nizami rayonu ərazisində yerləşən bazarda müxtəlif vaxtlarda 3 nəfərin mobil telefonu və içərisində pul, sənəd, bank kartları olan cüzdanı oğurlanıb.
Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş M.Məmmədov saxlanılıb. Şəxsi axtarış zamanı ondan metamfetamin aşkar olunaraq götürülüb.
Araşdırma aparılır.
Gundelik-Baku.Org