Azyaşlını bıçaqla hədələyən qadın saxlanıldı

Azyaşlını bıçaqla hədələyən qadın saxlanıldı
Bakıda azyaşlı bıçaqla hədələnib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində noyabrın 2-də Bakı şəhər sakini olan bir azyaşlını bıçaqla hədələyib mobil telefonunu quldurluq yolu ilə talamaqda şübhəli bilinən Ağsu rayon sakini R.Əsgərova müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
Gundelik-Baku.Org