Maşından oğurluq edən şəxs tutuldu

Maşından oğurluq edən şəxs tutuldu
Binəqədi rayonunda noyabrın 13-də  “VAZ-2109” markalı avtomobildən 1800 manat dəyərində maqnitofon və 3 ədəd səsgücləndirici oğurlanması ilə bağlı polisə məlumat daxil olub. 
Binəqədi RPİ 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən Tovuz rayon sakini Nəcəf Hüseynov saxlanılıb. 
Araşdırmalar davam etdirilir.
Gundelik-Baku.Org