Evdən 15 minlik qızıl oğurlandı

Evdən 15 minlik qızıl oğurlandı
Bakıda ev qarət olunub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, dekabrın 6-na keçən gecə Xəzər rayonunun Şüvəlan qəsəbəsindəki evlərin birindən 15.000 manat dəyərində qızıl-zinət əşyalarının qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.
Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini Elçin Babayev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
Gundelik-Baku.Org