Bakıda 4 nəfər evə girib görün nə apardılar?

Bakıda 4 nəfər evə girib görün nə apardılar?
Bakıda evdən oğurluq edilib.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Nəsimi rayonu ərazisindəki evlərin birindən mobil telefon və 2 ədəd avtomobil açarı oğurlanıb.
Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluqda şübhəli bilinən Masallı rayon sakini V.Qənbərov, Xaçmaz rayon sakini, əvvəllər məhkum olunmuş R.Orucov və Culfa rayon sakini, əvvəllər məhkum olunmuş K.Hüseynli saxlanılıblar. Şəxsi axtarış zamanı K.Hüseynlidən heroin aşkar olunaraq götürülüb.
Araşdırma aparılır.
Gundelik-Baku.Org