Qadın kafeyə gələn müştərini qarət etdi

Qadın kafeyə gələn müştərini qarət etdi
Sumqayıtda kafedə oğurluq olub.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Qurd dərəsi bağlar sahəsində yerləşən kafelərin birində Sumqayıt şəhər sakininin 1090 manat pulu və mobil telefonu oğurlanıb.
Bu barədə Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Sumqayıt sakini S.Rəhimova saxlanılıb.
Araşdırma aparılır.
Gundelik-Baku.Org