Metroda qadını qarət etdi

Metroda qadını qarət etdi
Bakı metrosunda oğurluq hadisəsi  olub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, dekabrın 9-da metro stansiyalarının birinin keçidində Xaçmaz rayon sakini olan qadının içərisində pulu, qızıl boyunbağısı və bank kartı olan cüzdanının qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.
Metropolitendə Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən Tərtər rayon sakini Elməddin Şirəliyev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
Gundelik-Baku.Org