PSJ Mbappe üçün fantastik məbləğ tələb edir

PSJ Mbappe üçün fantastik məbləğ tələb edir
PSJ Kilian Mbappeni satmağa hazırlaşır.
"The Telegraph" xəbər verir ki, PSJ rəhbərliyi 300-350 milyon avro qarşlığında təklif gəldiyi halda, Mbappenin gedişinə icazə verəcək.
Xəbərdə o da qeyd edilir ki, 24 yaşlı hücumçu oktyabr ayında klub rəhbərliyinə qış transfer dövründə komandadan ayrılmaq istədiyini bildirib.
Qeyd edək ki, Kilian Mbappenin PSJ ilə müqaviləsi 2025-ci ilin yayında başa çatır.
Gundelik-Baku.Org