"Mançester Yunayted" alman klubunun qapıçısını transfer edir

"Mançester Yunayted" alman klubunun qapıçısını transfer edir
"Borussiya Mönhenqladbax"ın isveçrəli qapıçısı Yan Sommer "Mançester Yunayted"ə keçir. 
Bu barədə "Bild" nəşri məlumat dərc edib. 
Məlumata görə, alman klubu müqaviləsi 2023-cü ilin yayında başa çatacaq Sommerlə qışda ayrılmağa hazırdır. Artıq "Mançester Yunayted"in nümayəndələri qapıçı ilə əlaqə saxlayıb.
Qeyd olunur ki, isveçrəli qolkiperin transferi halında "Mançester Yunayted" ispaniyalı qapıçı David de Xea ilə müqaviləni yeniləməyəcək. 
Gundelik-Baku.Org